mobil versiya

2025–2026-cı tədris ili üçün ümumi təhsildə hədəflər açıqlanıb



Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 2025–2026-cı tədris ili üçün ümumi təhsildə hədəfləri açıqlayıb.

Agentliyin direktoru hədəflərdən birinin Azərbaycan dili və riyaziyyat fənləri üzrə IV və VI sinif monitorinqlərində, həmçinin IX və XI sinif buraxılış imtahanlarında aşağı nəticə göstərən şagirdlərin payını azaltmağı, yüksək nəticə göstərən şagirdlərin payını artırmaq olduğunu söyləyib.

Agentliyin direktorunun sözlərinə görə, rəqəmsal bacarıqlar üzrə V sinifdə zəif göstəricilərin azalmasına nail olmaq nəzərdə tutulur.
Ümumi nəticələrin yaxşılaşdırılması üzrə IV sinif monitorinqlərində yarısından çox şagirdi yüksək nəticə göstərən ümumi təhsil müəssisələrinin sayını artırmaq, şagirdlərinin yarısından çoxu minimum tələbi ödəməyən məktəblərin payını azaltmaq nəzərdə tutulur. (Azərtac)




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:45