mobil versiya

Səfir: "Kəşmir xalqı arasında müqavimət ruhu sarsılmaz olaraq qalır"




"Bu gün, 27 oktyabr 1947-ci il hadisələrini kədərli bir xatırlatmadır. Həmin hadisədə Hindistan qüvvələri beynəlxalq hüququ və Kəşmir xalqının istəklərini pozaraq Srinaqara daxil olub. Bu, Cənubi Asiya tarixinin ən qaranlıq fəsillərindən birinin başlanğıcıdır".

Bunu Cammu və Kəşmir xalqlarının hüquqlarının qəsb edilməsi günü (Qara gün) münasibətilə səfrilikdə keçirilən tədbirdə Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin deyib.

Diplomat bildirib ki, və işğal  kampaniyasına baxmayaraq, Kəşmir xalqı arasında müqavimət ruhu sarsılmaz olaraq qalır. BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təmin edilən ayrılmaz öz müqəddəratını təyinetmə hüququna olan istəkləri hələ də azalmayıb.


Onun sözlərinə görə, Hindistanın 5 avqust 2019-cu il tarixli birtərəfli və qanunsuz hərəkətlərindən bəri IIOJK-da vəziyyət daha da pisləşib və hərbi mühasirə, hərəkət və kommunikasiyaya qoyulan məhdudiyyətlər, qanunsuz həbslər və kəşmirliləri öz vətənlərində azlığa çevirməyə yönəlmiş demoqrafik mühəndislik tədbirləri ilə yadda qalıb. Pakistan Cammu və Kəşmir xalqına sarsılmaz mənəvi, siyasi və diplomatik dəstəyini davam etdirəcək. "Bizim öhdəliyimiz prinsipial və daimidir, ədalətə, insan ləyaqətinə və bütün xalqların öz müqəddəratını həll etmək hüququna olan inamımıza əsaslanır".

Reportyor.az 


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 18:44