mobil versiya

BƏƏ prezidenti və fransalı həmkarı İsrailin Qətər ərazisinə hücumunu müzakirə edib






BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan bu gün Fransa prezidenti Emmanuel Makronla telefon danışığında İsrailin Qətər ərazisinə hücumunu müzakirə edib.

Xarici KİV xəbər verir ki, hər iki lider hücumu qınadıqlarını təkrarlayaraq, bunu Qətərin suverenliyinin pozulması və regionun təhlükəsizliyi və sabitliyinə təhdid kimi qiymətləndiriblər.

Görüşdə ikitərəfli əməkdaşlıq və iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində birgə görülən işlər də nəzərdən keçirilib.

Zəng zamanı BƏƏ və Fransa prezidentləri iki dövlətli həll yoluna əsaslanan Fələstin dövlətinin yaradılmasına nail olmaq üçün beynəlxalq səylərin gücləndirilməsinin vacibliyini vurğulayaraq, bunu Yaxın Şərqdə təhlükəsizlik və sabitliyə nail olmaq yolu kimi qiymətləndiriblər. Onlar həmçinin İsrailin İordan çayının qərb sahilini və ya işğal olunmuş Fələstin ərazilərinin bir hissəsini ilhaq etmək və ya fələstinliləri zorla köçürmək cəhdlərini rədd etdiklərini təsdiqləyərək, bu cür hərəkətlərin regional sabitliyi pozduğu və beynəlxalq legitimliyə uyğun olaraq iki dövlətli həll prinsipini təhdid etdiyi barədə xəbərdarlıq ediblər.

Reportyor.az


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:26