Bu yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:53