mobil versiya

Sabah bu yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq




Bakının Səbail rayonu 20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi - AAYDA məlumat yayıb.

Bildirilib ki, 29 iyul saat saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Reportyor.az




KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-07-2025, 17:16