mobil versiya

Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılacaq


8 mart saat  09:00-dan 9 mart  saat 23:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq  təmir işləri ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində (əsas yolda, hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. (Yol bağlanmır) 

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 

KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-03-2025, 11:19