Bakının iki küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində yerləşən yolötürücüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində, 20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində yerləşən yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda bildirilir.
KARUSEL / ÖLKƏ
Tarix: 7-11-2023, 13:40