“Mbappenin atası olaraq çox xoşbəxtəm”

“Madrid Universal” xəbər verir ki, o, oğlu üçün xoşbəxt olduğunu söyləyib:
“Mbappenin keçən mövsüm tənqidlərə necə cavab verməsi çox xoşuma gəldi. Əvvəlcə hamı dünyanın sonu olduğunu söylədi, lakin o, mövsümü Piçiçi kuboku və “qızıl buts”la başa vurdu. Ümumiyyətlə, Mbappenin atası olaraq çox xoşbəxtəm”.
Fransalı futbolçu PSJ-dən Madrid klubuna keçdikdən sonra ilk aylarda zəif çıxışına görə tənqidlərə məruz qalıb, lakin tezliklə əvvəlki formasına qayıdıb. O, 2024/25 mövsümündə bütün turnirlərdə “Real”ın heyətində 62 matçda 47 qol vurub. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:28