“Qarabağ”ın azarkeşlərinə 500 yer ayrılıb
Portuqaliyada “Benfika”ya qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün “Qarabağ”ın azarkeşlərinə 500 yer ayrılıb.
Bu barədə Ağdam klubundan məlumat verilib.
Komandanı səfər matçında stadiondan dəstəkləmək istəyən fanatlar vauçerləri bu gün, saat 15:00-dan etibarən “iTicket.az”-da əldə edə bilərlər.
Biletlərin qiyməti 88 manatdır.
“Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da, saat 23:00-da start götürəcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:15