mobil versiya

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirir


Qax Dövlət Kukla Teatrının yaradıcı kollektivi Yeni ilin gəlişi münasibətilə uşaqları əyləncəli bayram proqramı ilə sevindirir, onlara xoş əhval-ruhiyyə bəxş edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 2-dən başlayaraq teatrda bayram şənliklərinə start verilib. Xüsusi ssenari əsasında hazırlanmış proqramın əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edərək onlarla birgə əylənir, rəqs edirlər.
Sonra uşaqlar alman uşaq yazıçısı Otfrid Proyslerin “Balaca cadugər” əsəri əsasında səhnələşdirilmiş eyniadlı nağıl-tamaşaya baxırlar. Tamaşanın quruluşçu rejissoru Araz Mehrablı, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Aynurə Abbasova, Elnarə Razıyeva, Afət Yaqubova, İlmar Abdullayev və başqaları oynayırlar.
Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun dediyinə görə, teatrda bayram şənlikləri yanvarın 6-dək davam edəcək.

 
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-01-2023, 18:21