mobil versiya

İsrail ordusunun tankları Rafaha daxil olub



İsrail Müdafiə Ordusunun zirehli bölmələri Qəzza zolağının cənubundakı Rafah şəhərinə daxil olub.
Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail ordusu Rəfahın şərqindəki HƏMAS hədəflərinə dəqiq zərbələr endirdiyini bildirib. Misir televiziya kanallarının nümayiş etdirdiyi "Rafah" nəzarət məntəqəsinə aid görüntülərdə atəş və partlayışlar, tankların, helikopterlərin səsləri eşidilir.(report)


KARUSEL / DÜNYA
Tarix: 7-05-2024, 09:05