mobil versiya

İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hücuma başlayıb



İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı hücuma başladığını bəyan edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin "X" sosial şəbəkə hesabında məlumat verilib.
"İndi İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatının terror hədəflərinə qarşı genişmiqyaslı hücuma başlayır.
İsrail ordusu Qəzza zolağında HƏMAS təşkilatının terror hədəflərinə böyük intensivliklə hücumu davam etdirir.
İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağı boyunca HƏMAS terror təşkilatının bir sıra terrorçu hədəflərinə hücum edib. Təyyarələr hərbi birləşmə ilə yanaşı, silah anbarına zərbələr endiriblər. Həmçinin, HƏMAS terror təşkilatının İsrail dövlətinə qarşı terroru istiqamətləndirmək üçün istifadə etdiyi Qərbi Cəbəliyyədəki döyüş idarəetmə mərkəzinə hücum edilib", məlumatda qeyd olunub.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dan çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

KARUSEL / DÜNYA
Tarix: 10-10-2023, 14:04