mobil versiya

İsrail qoşunları Qəzza ilə sərhəd xəttini nəzarətə götürdü



İsrail Müdafiə Qüvvələri (İDF) İsrailin Qəzza ilə həmsərhəd əraziləri nəzarətə alıb. 
"AzPolitika.info" bu barədə «The Times of İsrael» nəşrinə istinadla xəbər verir. 
İDF-nin Baş Qərargahından verilən açıqlamaya görə, geridə - İsrail şəhərlərində hələ də HƏMAS döyüşçülərinin qalması istisna olunmur, ona görə də, «təmizləmə davam edir».
Həmçinin, İDF-dən bildirilir ki, Qəzza zolağında HƏMAS-a aid olan hədəflərə zərbələr endirilir. Fələstin mediası isə bombalanmaya məruz qalan əksər hədəflərin yaşayış evləri və dinc sakinlərin olduğunu yazır. 
KARUSEL / DÜNYA
Tarix: 9-10-2023, 16:06