mobil versiya

HƏMAS yaraqlılarının olduğu 1707 hədəf məhv edilib



İsrail ordusu Qəzza zolağında HƏMAS yaraqlılarının olduğu 1707 hədəfi məhv edib.
İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb ki, İsrail hərbçiləri 475 raket buraxılış qurğusunu, 73 hərbi obyekti, 24 strateji hərbi strukturu və 22 yeraltı obyekti vurub.
Hərbi hədəflər və tunellər hava və dənizdən endirilən zərbələrlə məhv edilib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından İsrailə hücumu nəticəsində 900-dən çox insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib.
KARUSEL / DÜNYA
Tarix: 10-10-2023, 09:11