mobil versiya

40 minə yaxın əmək miqrantı Rusiyadan deportasiya olunub



Rusiya hakimiyyəti ilin əvvəlindən 40 minə yaxın əmək miqrantını deportasiya edib və buna 366 milyon rubl xərcləyib.
Bu barədə Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Marqarita Lyanq bildirib.
Onun sözlərinə görə, miqrantlar Rusiyaya ilk növbədə pul qazanmaq üçün gəlirlər, lakin son vaxtlar çoxlu etnik münaqişələr yaşanır: “İnsanlar pul qazanmağa gəlirlərsə, pul qazansınlar. Əgər ölkəmizdən kənarda baş verənlərlə bağlı öz siyasi mövqelərini nümayiş etdirməyə gəliblərsə, zəhmət olmasa, çamadan, vağzal…”.

KARUSEL / DÜNYA
Tarix: 25-10-2023, 16:55