mobil versiya

Azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri Xankəndiyə çatıb



“Qarabağ” və MOİK arasında keçiriləcək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununa gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər Xankəndiyə çatıblar.
Bakıdan çıxan avtobuslar 6 saat yol qət ediblər.
Qeyd edək ki, qarşılaşma saat 14:00-da başlayacaq. Bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.(report)

KARUSEL / İDMAN
Tarix: 21-12-2023, 11:09