mobil versiya

Bakıda yeni üzgüçülük hovuzunun açılışı olub



Bakıda yeni üzgüçülük hovuzunun açılış mərasimi keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun xatirəsinə inşa olunan idman obyektinin açılışında gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev iştirak ediblər.
Onlara idman obyektində yaradılmış şəraitlə bağlı məlumat verilib. Sonra isə yerli və beynəlxalq yarışlarda uğur əldə etmiş Azərbaycan üzgüçüləri hovuzda xüsusi idman nömrələri nümayiş etdiriblər.

KARUSEL / İDMAN
Tarix: 9-01-2024, 13:41