mobil versiya

100 könüllüyə "İlin könüllüsü" mükafatı verilib



Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar.
Fərqlənən gənclərə "İlin könüllüsü" mükafatı təqdim edilib.
Mükafatlandırma mərasimində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, gənclər və idman naziri Fərid Qayıbov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və başqaları iştirak ediblər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-12-2023, 17:38