mobil versiya

Yanvarın 11-də Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar milli parklarda “açıq qapı” günü olacaq



1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə 10 milli park və 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir.
Milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.
“Açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala bilərlər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 9-01-2024, 14:08