mobil versiya

"Qəbələ" "Kəpəz"lə yoxlama oyununa çıxacaq



Mövsümün ikinci yarısı üçün hazırlıqları davam etdirən "Qəbələ" "Kəpəz"lə bu gün yoxlama oyununa çıxacaq.
Yoxlama oyunu Qəbələ şəhər stadionunda saat 14:00-da start götürəcək.
"Qəbələ" toplanış çərçivəsində daha bir yoxlama matçı keçirəcək. Komanda yanvarın15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Eyni gündə "Kəpəz" "İmişli" ilə qarşılaşacaq.
"Kəpəz" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 14 xalla 9-cu, eyni xalı olan "Qəbələ" isə sonuncu - 10-cudur.

KARUSEL / İDMAN
Tarix: 10-01-2024, 10:14