mobil versiya

Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır - İlham Əliyev


Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır.
Bu sözləri Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib.
“Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident deyib ki, son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. Bunun əsas səbəbinin təbii ki, enerji sektorundakı əməkdaşlıq olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-05-2024, 13:29