Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşıladılar.

Bolqarıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Bolqarıstan Prezidenti Rumen Radevə və birinci xanım Desislava Radevaya, Bolqarıstan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.


KARUSEL / SİYASƏT
Tarix: 8-05-2024, 11:09