mobil versiya

Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir



Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında söyləyib.
Bu rolun getdikcə artdığını vurğulayan dövlətimizin başçısı deyib: “Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. İldən-ilə Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır”.



KARUSEL / SİYASƏT
Tarix: 7-04-2023, 15:52