Ötən il Suriyadan 60 Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya olunub

Bu barədə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin 2023-cü il üzrə məruzəsində bildirilib.
Diqqətə çatdırılıb ki, müxtəlif vaxtlarda həmin ərizəçiləri qəbul edən ombudsman mövcud problemin araşdırılması, həlli və vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər səlahiyyətli dövlət qurumları ilə əməkdaşlığı davam etdirib.
Bu fəaliyyət çərçivəsində 2023-cü il ərzində 13-ü qadın, 47-i uşaq olmaqla, 60 Azərbaycan Respublikası vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub.
Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində İraq və Suriyadan ümumilikdə 469 uşaq və qadının repatriasiyası həyata keçirilib. Repatriasiya üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 29-02-2024, 11:30