mobil versiya

Pakistan “Təhrik-i-Taliban”ın Əfqanıstandakı mövqelərinə zərbə endirib



Pakistan Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında “Təhrik-i-Taliban” silahlılarının Əfqanıstan ərazisindəki sığınacaqlarına və düşərgələrinə hava zərbələri endirib.
“The Khorasan Diary” portalı xəbər verir ki, Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən Paktika və Xost əyalətlərindəki hədəflər hava zərbələrinə məruz qalıb. Hərbi Hava Qüvvələrinin əməliyyatı silahlıların martın 16-da Pakistan ordusunun Hayber-Paxtunxva əyalətində yerləşən “Mir Əli” bazasına hücumu nəticəsində yeddi əsgərin ölümünə cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, “Təhrik-i-Taliban” qruplaşmasının Əfqanıstandakı bazaları İslamabadla Kabil arasında münasibətlərin dondurulmasına səbəb olub. “Əl-Qaidə” ilə bağlı olan qruplaşmanın 50 minə yaxın üzvü olduğu iddia edilir.(Azərtac)
 

KARUSEL / DÜNYA
Tarix: 18-03-2024, 12:39