mobil versiya

Tramp investorlara: Siyasətlərim heç vaxt dəyişməyəcək




ABŞ prezidenti Donald Tramp ABŞ-a pul yatırdıqlarını dediyi investorlara bildirib ki, onun elan etdiyi tarif planı və Çinin cavab tədbirləri nəticəsində qlobal birjalar ikinci gün ucuzlaşdığından, onun siyasəti heç vaxt dəyişməyəcək.

Reportyor.az xəbər verir ki, o bunu sosial media platformasındakı paylaşımında böyük hərflərlə yazıb.

"Birləşmiş Ştatlara gələn və külli miqdarda pul yatıran bir çox investor üçün mənim siyasətim heç vaxt dəyişməyəcək. Bu, əvvəlkindən daha zəngin olmaq üçün əla vaxtdır!!!"

KARUSEL / DÜNYA
Tarix: 4-04-2025, 16:43