mobil versiya

Azərbaycan bu regionda Pakistanın ən yaxşı dostlarından biridir - Şahbaz Şərif




Pakistan Baş nazir Şahbaz Şərif bazar günü Pakistan International Airlines - PİA-nın Lahordan Bakıya birbaşa uçuşlarının başlamasından məmnunluğunu ifadə edərək, yaxın vaxtlarda digər dost ölkələrlə də birbaşa uçuşların başlanacağını bildirib.

Reportyor.az xəbər verir ki, Baş nazir açıqlamasında bildirib ki, Lahordan Bakıya birbaşa uçuşlar Pakistan üçün diplomatik səviyyədə böyük nailiyyətdir və bu, turizm sektorunun inkişafına kömək edəcək.

“Azərbaycan bu regionda Pakistanın ən yaxşı dostlarından biridir və biz onunla turizm və digər sektorlarda əməkdaşlıq etmək istəyirik”, - o əlavə edib.
KARUSEL / DÜNYA
Tarix: 21-04-2025, 11:17