Bu futbolçu üçün 65 milyon avro istənilir

Reportyor.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən tərəflər arasında yeni müzakirələr aparılıb və razılaşmaya yaxınlaşılıb.
“Borussiya” rəhbərliyi 20 yaşlı futbolçu üçün 65 milyon avro tələb edir və bu məbləğdə endirim etməyi planlaşdırmır. Klub, Gittensin digər komandaların da diqqətində olduğunu bildiyi üçün mövqeyini qoruyur.
İngiltərəli futbolçu son mövsümdə “Borussiya”nın heyətində bütün turnirlərdə 49 oyunda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə verib.
KARUSEL / İDMAN
Tarix: 26-06-2025, 14:02