mobil versiya

Onun üçün 80 milyon avro tələb edirlər



“Leyptsiq” niderlandlı yarımmüdafiəçisi Xavi Simonsla yollarını ayırmağa hazırdır.

Reportyor.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub bu transfer üçün 80 milyon avro məbləğində ciddi təzminat tələb edir.

22 yaşlı futbolçunun artıq bu yay klubunu dəyişmək istədiyi ilə bağlı xəbərlərin fonunda, “Leyptsiq” rəhbərliyi Simonsu daha yüksək qiymətə sataraq qazanc əldə etməyi planlaşdırır. Klub onu 50 milyon avroya transfer etmişdi.
Almaniya klubunun bu qərarı həm maliyyə maraqları, həm də oyunçunun uğurlu mövsümündən sonra artan bazar dəyəri ilə əsaslandırılır. O, hazırkı Bundesliqa mövsümündə 24 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

KARUSEL / İDMAN
Tarix: 15-05-2025, 14:41