mobil versiya

Xviçanın qiyməti bir il ərzində 44 milyon avro ​​bahalaşıb



Gürcüstan millisinin və İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın transfer qiyməti 60 milyon avro təşkil edir.
Mənbə qeyd edir ki, hələ 2021-ci ilin dekabrında, yarımmüdafiəçi Rusiyanın “Rubin” klubunda çıxış edərkən, onun transfer dəyəri 16 milyon avro qiymətləndirilirdi.
Lakin təxminən bir il ərzində istedadlı yarımmüdafiəçinin qiyməti 44 avro milyon bahalaşıb.
Əlavə edək ki, gürcüstanlı yarımmüdafiəçi bu mövsüm “Napoli”nin heyətində çıxdığı 17 oyunda səkkiz qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Transfermarkt

İDMAN
Tarix: 12-11-2022, 10:00