Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağının işğalı qərarını pisləyib

Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağının işğalı qərarını pisləyib.
Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanat yayıb:
“Krallıq İsrailin işğalçı hakimiyyətinin Qəzza zolağının işğalı qərarını qəti şəkildə pisləyir. Krallıq həmçinin, İsrailin qardaş Fələstin xalqına qarşı aclıq cinayətləri, qəddar əməllər və etnik təmizləmələr törətməkdə israrlı olmasını, İsrailin qeyri-insani qərarlarını pisləyir. İsrailin işğalçı hakimiyyət orqanlarının qəbul etdiyi qeyri-insani qərarlar, Fələstin xalqının bu torpaqlara tarixi, emosional və hüquqi bağlılığını dərk etmədiklərini bir daha təsdiqləyir”.
XİN həmçinin xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurasının İsrailin bütün pozuntularını və təcavüzlərini dərhal dayandırmaması regional və qlobal sülhü təhdid edir və soyqırımı və məcburi köçkünliyi təşviq edir.
“İsrailin davam edən bu cinayətləri bu gün beynəlxalq ictimaiyyətin qardaş Fələstin xalqının əziyyət çəkdiyi humanitar fəlakətə son qoymaq üçün səmərəli, qətiyyətli və çəkindirici mövqelər tutmasını zəruri edir”.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 17:24