mobil versiya

XİN Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib






Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini tam dəstəkləyirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

“Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və qonşuluq münasibətlərinə böyük əhəmiyyət verməkdə davam edir”, - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, bu gün Rusiya və Gürcüstan arasında 2008-ci ildə baş verən müharibədən 17 il ötür.

Reportyor.az






KARUSEL / SİYASƏT
Tarix: Dünən, 17:06