Təbii mineral suların istehsalı və idxalı ilə məşğul olan sahibkarların nəzərinə!

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 58 nömrəli Qərarı ilə “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilib.
Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir.
Sözügedən Qaydalar Kodeks Alimentarius Komissiyasının “Mineral sulara dair standart CXS 108-1981”, Avropa İttifaqının 2009-cu il 18 iyun tarixli 2009/54/EC nömrəli (Directive 2009/54/EC Of the European Parliament and of the Council of 18 June 2009) və 2003-cü il 16 may tarixli 2003/40/EC nömrəli (Commission Directive 2003/40/EC of 16 May 2003) sənədləri əsas götürülərək hazırlanıb.
Təbii mineral suların qeydiyyatı və etiketinə dair tələblər müvafiq olaraq “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun 17 və 25.1.6, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 58 nömrəli Qərarının 6-ci bəndinə əsasən həyata keçirilməlidir.
Təbii mineral suların istehsalı və idxalı zamanı sözügedən Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara uyğunlaşdırılması işinə ciddi töhfə verəcək.
Qaydalarla ətraflı linkdən tanış ola bilərsiniz: https://e-qanun.az/framework/59837
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 16:14