Nazir Anar Əliyev Fələstinin ölkəmizdəki səfiri ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüş olub.
Azərbaycan və Fələstin xalqlarının tarixi, dini, mədəni və dostluq əlaqələrinə malik olduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iki ölkə arasında qarşılıqlı dəstək və həmrəyliyin mövcud olduğunu bildirib.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində, əmək və məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadilələrinin aparılmasında əhəmiyyəti vurğulanıb.

Əhməd Metani ölkəsi ilə Azərbaycan arasında dostluq, həmrəylik münasibətlərinin olduğunu və daim inkişaf etdiyini, əmək sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Qeyd edilən sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Reportyor.az
KARUSEL / SOSİAL
Tarix: Bu gün, 17:45