Dohadakı 10-cu Yerli Xurma Festivalında 90.000-dən çox ziyarətçi iştirak edib

Qətər Dövlətinin Bələdiyyə Nazirliyinin Souq Vaqif Management ilə birgə təşkil etdiyi 10-cu Yerli Xurma Festivalı iyulun 24-dən avqustun 7-dək davam etdikdən sonra öz fəaliyyətinə yekun vurub. Tədbir 90.600-dən çox ziyarətçinin diqqətini cəlb edib.
Həm ziyarətçilər, həm də fermerlər üçün canlı və rəqabət mühiti yaradan interaktiv yarışların nümayiş olunduğu festivalda ölkə üzrə ümumilikdə 114 yerli təsərrüfat iştirak edib.
Bələdiyyə Nazirliyindən verilən açıqlamaya görə, xurmanın ümumi satışı 170.403 kiloqrama çatıb. Ən çox satılan çeşid 75,658 kiloqramla Khalas, ikinci yerdə Şişi (33,057 kq), Khneizi (31,232 kq) və Barhi (18,772 kq) gəlir. Bundan əlavə, 12 min 684 kiloqram digər xurma sortları və 2 min 57 kiloqram meyvə satılıb.

Təşkilatçılar festivalın uğurunu yüksək qiymətləndirərək, festivalın yerli məhsulların təbliğində, xurma yetişdirilməsinin təşviqində və istehsalın keyfiyyətinin yüksəldilməsində rolunu vurğulayıb. Onlar həmçinin onun kənd təsərrüfatının davamlılığına, ərzaq təhlükəsizliyinə və milli kənd təsərrüfatı irsinin qorunmasına verdiyi töhfəni qeyd edib.
Festival aqrar sektora enerji verən və ölkədə davamlı istehlak mədəniyyətini təşviq edən mühüm illik platforma hesab olunur.
Reportyor.az

KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 17:42