Bəzi QHT-lərin orden və medallar təsis etməsi ciddi hüquqi məsuliyyət yaradır - Birgə Bəyanat

Bununla əlaqədar Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Qanuna 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Həmin Qanundan başqa digər normativ-hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.
Həmçinin bildirilir ki, bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:00