Türkmənistan Xalq Şurasının növbəti iclası keçirilib

Bu gün Aşqabadın “Məsləhət Köşqi”ndə türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə Türkmənistan Xalq Şurasının növbəti iclası keçirilib.
Yerli media xəbər verir ki, Türkmənistan Xalq Şurasının ölkənin müqəddəs müstəqilliyinin 34-cü ildönümü ərəfəsində keçirilən iclasının gündəliyinə xalqın xoşbəxt və firavan həyatının təmin edilməsi, eləcə də ölkənin gələcək sosial-iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər daxil idi.
Ölkənin ali nümayəndəlik orqanının iclasında hökumət nümayəndələri, Məclisin deputatları, nazirlik və idarə orqanlarının, siyasi partiya və ictimai təşkilatların rəhbərləri, KİV, ictimaiyyətin digər nümayəndələri iştirak edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:42