Trampın Nyu-Yorkda Əhməd əl-Şaraa ilə görüşəcəyi gözlənilir

ABŞ prezidenti Donald Trampın gələn həftə Nyu Yorkda Suriya prezidenti Əhməd əl-Şara ilə görüşəcəyi gözlənilir.
May ayında Ər-Riyadda ilk dəfə görüşən Tramp və əl-Şaraanın BMT Baş Assambleyası çərçivəsində ikinci görüş keçirməsi üçün hazırlıqlar yekunlaşır.
Əl-Şaraanın da ABŞ prezidentinin ənənəvi olaraq təşkil etdiyi ziyafətə dəvət edildiyi bildirilir.
Suriya prezidenti onilliklər sonra BMT Baş Assambleyasında çıxış edəcək ilk şəxs olacaq. Gözlənilən görüşdən əvvəl əl-Şaraanın baş diplomatı bu həftə Vaşinqtonda olub və burada ABŞ-ın yüksək vəzifəli rəsmiləri və yüksək səviyyəli qanunvericilərlə Kapitoliya təpəsində görüşüb.
Müzakirələr Suriyanın keçmiş lideri Bəşər Əsəd üçün cəza olaraq tətbiq edilən və qüvvəyə minən Sezar Aktı sanksiyalarının ləğvi ilə bağlı olub.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 20:16