mobil versiya

“Qarabağ” – “Kopenhagen” oyununun biletləri satışa çıxarılıb




UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” (Danimarka) oyununun biletləri 25 sentyabr, saat 15:00-dan etibarən satışa çıxarılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti aşağıdakı kimidir:
Standart: 5, 10, 30, 40, 50, 75 AZN
VIP sektorlar: 150, 200, 250 AZN
VVIP sektorlar: 500 AZN
Qeyd edilib ki, biletlər yalnız iTicket.az mobil tətbiqi üzərindən əldə edilə bilər.

Reportyor.az





KARUSEL / İDMAN
Tarix: 25-09-2025, 15:54