Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları keçib

Bu il yanvar ayının 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85,56 milyard ABŞ dollarına çatıb.
2025-ci ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73,541 milyard ABŞ dollarına çatıb.
Strateji valyuta ehtiyatlarının 11,515 milyard dolları isə Mərkəzi Bankın ehtiyatlarının payına düşüb.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 14,165 milyard ABŞ dolları və yaxud 19,8% artıb.
Beləliklə, ölkənin strateji valyuta ehtiyatları 2026-cı ilin yanvarın 1-nə 85 milyard ABŞ dollarını ötüb.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:28


























