mobil versiya

Mərkəzi Bankının valyuta ehtiyatları 9,2 milyard ABŞ dollarına çatıb



Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9,2 milyard ABŞ dollarına çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 5-də keçirilən iclasında deyib.
Taleh Kazımov bildirib ki, Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ümumi daxili məhsulda artım 1,8-2 faiz civarında olacaq. Qeyri-neft ÜDM-də artımın 5,7 faizə çatacağı proqnozlaşdırılır.



KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-06-2023, 12:48