mobil versiya

Milli Məclisin sədri İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri ilə görüşüb




Milli Məclisin sədri Sahibə Qafarova  İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib, dostluq və əməkdaşlıq ruhunda inkişaf edən ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı siyasi dialoq iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Söhbət zamanı iki ölkə arasında əlaqələrin mühüm bir istiqaməti olan parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti ilə bağlı fikirlər də səsləndirilib. Milli Məclisin sədri Sahibə Qafarova özünün 2022-ci ildə İsveçrə Konfederasiyasına rəsmi, cari ildə isə işgüzar səfərlərini xatırladıb. O, qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı təmasların əhəmiyyətini, o cümlədən dostluq qruplarının rolunu vurğulayıb.

KARUSEL / SİYASƏT
Tarix: 10-05-2024, 16:31