mobil versiya

Seçkinin vaxtı qabağa çəkilə bilər - MSK sədri



Qanunvericiliyə uyğun olaraq parlament seçkiləri noyabrın əvvəlində keçirilməlidir.
Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, seçkidən əvvəl həmişə Mərkəzi Seçki Komisiyası maarifləndirmə işləri həyata keçirir.
"Onun artıq vaxtı çatıb. Bu günlərdə biz hətta iclasda müzakirə etdik ki, biz maarifləndirmə proqramını tərtib edirik. Komissiya onu bəyənir. Sonra biz tədbirlərimizi həyata keçiririk. COP29-a görə seçkinin vaxtı dəyişə bilər. Vaxt dəyişəndə də seçkinin vaxtı ancaq qabağa çəkilə bilər. Biz təcili maarifləndirmə tədbilərinə başlamalıyıq. Bu yaxınlarda siz addımların atıldığının şahidi olacaqsız", - deyə o qeyd edib.

MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 10-05-2024, 13:59