mobil versiya

Latviya parlamentinin sədri: Qarabağa səfər etdiyimə görə şad oldum



Azərbaycanın Qarabağ regionuna səfər etdiyimə görə şad oldum.
Bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.
"Sizin gözəl ölkənizə səfər etmək mənim üçün çox xoşdur. Çox şadam ki, dünən bizim Latviya-Azərbaycan dostluq qrupunun sədri və Azərbaycan parlamentinin deputatları ilə birlikdə Qarabağa səfər etmək və Azərbaycan tarixindəki bu çox ciddi dəyişikliyin nəticələrini öz gözlərimizlə görmək imkanımız oldu. Biz Şuşa şəhərinə də səfər etdik", - o vurğulayıb.(report)

KARUSEL / SİYASƏT
Tarix: 20-05-2024, 13:58