Dörd ayda daxilolmalarda 157,4 milyon manat artım qeydə alınıb
Bu ilin yanvar-aprel ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 157,4 milyon manat və ya 9,5 faiz artım qeydə alınıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,2 milyon manat və ya 5,7 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 152,8 milyon manat və ya 14,6 faiz artımla olub.
KARUSEL / SOSİAL
Tarix: 20-05-2024, 15:43