Tarix və şərait fərqli olsa da, hamısı eyni aqibəti bölüşdü – Aviasiya qəzalarında həyatını itirən dünya liderləri SİYAHI
Məlum olduğu kimi, İran Prezidenti İbrahim Rəisi ABŞ istehsalı olan “Bell212” model helikopterin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. Şübhəsiz ki, İran prezidenti aviasiya qəzasında həlak olan ilk və son dünya lideri deyildi.
“AzPolitika” tarixdə təyyarə və ya helikopter qəzalarında həyatını itirən digər dünya liderlərinin siyahısını təqdim edir:
Xose Feliks Estiqarribia
7 sentyabr 1940-cı ildə Paraqvay Prezidenti Xose Feliks Estiqarribia təyyarə qəzasında dünyasını dəyişib.
Vladislav Sikorski
4 iyul 1943-cü ildə İkinci Dünya Müharibəsi zamanı sürgündə Polşa hökumətinə rəhbərlik etmiş polşalı əsgər və dövlət xadimi Vladislav Sikorski təyyarəsinin Cəbəllütariqdə qəzaya uğraması nəticəsində dünyasını dəyişib.
Ramon Maqsaysay
17 mart 1957-ci ildə Filippinin yeddinci Prezidenti Ramon Maqsaysay 1957-ci il martın 17-də “Mt. Pinatubo” adlı C-47 təyyarəsinin Sebu şəhərində Manunqqal dağına çırpılması nəticəsində dünyasını dəyişib.
Barthelemey Boqanda
29 mart 1959-cu ildə Mərkəzi Afrika Respublikasının Prezidenti, müstəqillik qəhrəmanı Barthelemey Boqanda təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.
Əbdüsselam Arif
14 may 1966-cı ildə İraq Prezidenti general Əbdüsselam Arif helikopter qəzasında həlak olub. O, 1963-cü ilin fevralında dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmişdi.
Humberto de Alenkar Kastelo Branko
18 iyul 1967-ci ildə Braziliyanın 26-cı prezidenti və keçmiş hərbi diktaturanın tanınmış simalarından biri olan Humberto de Alenkar Kastelo Brankonun “Piper PA-23 Aztec” model təyyarəsi iyulun 18-də prezidentlik müddəti bitdikdən az bir müddət sonra havada Braziliya Hərbi Hava Qüvvələri ilə toqquşub. Onun müəmmalı ölümü mübahisə və sui-qəsd nəzəriyyələrinin mövzusuna çevrilmişdi.
Rene Barrientosun
27 aprel 1969-cu ildə Boliviya Prezidenti general Rene Barrientos helikopterinin Koçabamba şəhərində qəzaya uğraması nəticəsində həlak olub.
Xayme Roldos Aqilera
24 may 1981-ci ildə Ekvador Prezidenti Xayme Roldos Aqilera və müdafiə naziri general Marko Aurelionun olduğu təyyarə Peru sərhədi yaxınlığında qəzaya uğramış, nəticədə hər ikisi həyatını itirmişdi.
Omer Torrixos
1 avqust 1981-ci ildə Panama Prezidenti Omer Torrixos idarə etdiyi kiçik təyyarənin meşəyə çırpılması nəticəsində dünyasını dəyişib.
Samora Macel
19 oktyabr 1986-cı ildə Mozambik Prezidenti Samora Macel və bir çox mozambikli naziri daşıyıan iki mühərrikli təyyarə Mozambik-Cənubi Afrika sərhədi yaxınlığında qəzaya uğrayıb. Qəzada Macel, bəzi nazirlər və Mozambik hökumətinin yüksək rütbəli məmurları da daxil olmaqla 33 nəfər həlak olub. Qəzadan sonra aparılan araşdırmalarda pilotun günahkar olduğu məlum olub.
Ziaul Haq
17 avqust 1988-ci ildə Pakistanın o zamankı prezidenti, general Ziaul Haq, onun beş generalı və ABŞ səfiri Arnold Lewis Rapheli daşıyan C-130 tipli hərbi təyyarə paytaxt İslamabaddan təxminən 530 kilometr cənubda, Bəhavalpur yaxınlığında qəzaya uğrayıb. Sağ qalanların olmadığı qəzada müstəntiqlər diqqəti təxribat ehtimalına yönəldiblər.
Kipr Ntaryamira və Juvenal Habiriman
6 aprel 1994-cü ildə Burundi Prezidenti Kipr Ntaryamira və Ruanda prezidenti Juvenal Habirimananın olduğu təyyarə Kiqali hava limanı yaxınlığında atəşə tutulub. Prezident sarayının yerləşdiyi ərazidə qəzaya uğrayan təyyarədə sağ qalan olmayıb.
Lex Kaçinski
10 aprel 2010-cu il Polşada o vaxtkı prezident Lex Kaçinski və həyat yoldaşının da olduğu 96 nəfəri daşıyan “Tupolev 154” tipli təyyarə təxminən 22 min polyakın iştirak etdiyi Katın qırğınının anım mərasiminə qatılmaq üçün Rusiyanın Smolensk hava limanına eniş edərkən meşəlik əraziyə düşüb. Təyyarədə sağ qalan olmayıb.
Sebasitian Pinera
5 fevral 2024-cü ildə Çilinin keçmiş Prezidenti Sebastian Pinera və onu müşayiət edən "Robinson R 66" adlı helikopter Los Rios bölgəsində Ranko gölünə düşüb. Havaya qalxdıqdan qısa müddət sonra vertolyot güclü yağış və sıx duman səbəbindən Ranco gölünə düşüb. Keçmiş prezident Pinera təhlükəsizlik kəmərini aça bilmədiyi üçün dünyasını dəyişib. (“AzPolitika.info”)
MARAQLI / KARUSEL
Tarix: 20-05-2024, 16:15