mobil versiya

Slovakiya Baş nazirinin son vəziyyəti açıqlanıb



Mayın 15-də güllənən Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti yaxşılaşır.
Bu barədə Fitsonun aparıldığı xəstəxananın rəhbərliyi öz “Facebook” səhifəsində məlumat yayıb.
“Bu gün keçirilən konsultasiyadan sonra məlumat verə bilərik ki, xəstənin vəziyyəti stabildir. Onun kliniki vəziyyəti yaxşılaşır, həkimlərlə danışır, iltihablı prosesləri göstərən göstəricilər getdikcə azalır”, – məlumatda deyilir.

KARUSEL / DÜNYA
Tarix: 20-05-2024, 14:22