mobil versiya

İran Prezidenti və xarici işlər naziri helikopter qəzasında həlak olub


İran Prezidenti İbrahim Rəisinin helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində, həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.
Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib.
Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib.
Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb.
Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar. 


MANŞET / KARUSEL / GÜNDƏM / REDAKTOR SEÇİMİ
Tarix: 20-05-2024, 08:26