mobil versiya

İbrahim Rəisi Pakistana gedəcək


 
İran prezidenti İbrahim Rəisinin yaxın gələcəkdə Pakistana səfəri baş tutacaq.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Pakistanın paytaxtı İslamabadda pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə birgə mətbuat konfransında deyib.

H.Əmir Abdullahianın sözlərinə görə, İran tərəfi İran prezidentinin Pakistana rəsmi səfəri ilə əlaqədar Pakistan dövlətindən rəsmi dəvət alıb.

Əmir Abdullahian deyib ki, bununla əlaqədar bu gün qeyd olunan səfər proqramı üzərində işləmək haqda razılıq əldə olunub.

KARUSEL / DÜNYA
Tarix: 29-01-2024, 15:34