Abdullahian Pakistana gedir
İran və Pakistan tərəfləri razılaşıblar ki, 26 yanvar 2024 tarixinədək İran və Pakistan səfirləri öz iş yerlərinə geri dönəcəklər.
Bununla əlaqədar İran və Pakistan Xarici İşlər Nazirlikləri müştərək bəyanat yayıblar.
Bəyanata əsasən, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian 29 yanvar tarixində pakistanlı həmkarı Cəlil Abbas Cilaninin dəvəti ilə Pakistana səfər edəcək.
Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Ardınca Pakistan İrandakı səfirini geri çağırıb və İran səfirinin Pakistana səfər etməməsini istəyib. Eləcə də İranla nəzərdə tutulan bütün tədbirlər dayandırılıb.
Əlavə edək ki, ötən gecə (17 yanvar) Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə raket zərbələri endirib. Hücumlar nəticəsində 10 nəfər ölüb.
KARUSEL / DÜNYA
Tarix: 22-01-2024, 14:42